Accessibility links

Hillari Klinton: İsrailin yaşayış məntəqələri inşa etməsi sülh prosesini geriyə salır



Birləşmiş Ştatlar İsarilin işğal altında olan İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 3 mindən ibarət yaşayış məntəqələrinin salınması planını tənqid edib.

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Obama administrasiyası əvvəlki administrasiyalar kimi İsrailə bu fəaliyyətlərin sülh danışıqlarında geriləməyə səbəb olduğunu aydın bildirib.

Xanım Klintonun Yaxın Şərq siyasəti Saban mərkəzində İsrailin Xarici İşlər naziri Aviqdor Liberman və Müdafiə naziri Ehud Barakın da iştirak etdiyi tədbirdə çıxış edib.

Adlarının açıqlanmasını istəməyən İsrail rəsmiləri mətbuata Baş nazir Benyamin Netanyahu hökumətinin yaşayış məntəqələrinin inşası planlarına və İordan çayının Qərb sahilindəki ərazinin zonalaşdırılmasını sanksiyalaşdırdığını bildiriblər.

İsrailin bu addımı BMT-nin baş Assambleyasında Fələstin Muxtariyyətinə qeyri-üzv dövlət kimi müşahidəçi statusu verilməsi kimi tarixi qələbəni qeyd edən fələstinlilərin qəzəbinə səbəb olub.

Bu yeni status Fələstin dövlətinin yaradılması demək olmasa da, fələstinlilərdə bundan sonra Fələstin Muxtariyyəti və İsrail arasında danışıqların bərpa olacağı və yeni Fələstin dövlətinin yaranmasına gətirib çıxaracağına dair ümidləri gücləndirir.
XS
SM
MD
LG