Accessibility links

İsrail Suriyaya ağır zərbələr endirib


İsrail Qəzzada apardığı müharibə ilə paralel olaraq İranın dəstəklədiyi qruplara qarşı kampaniyasını gücləndirərək, cümə günü səhər saatlarında Suriyanın şimalındakı Hələb vilayətinə son aylarda ən şiddətli zərbələrini endirib.

Oktyabrın 7-də İranın dəstəklədiyi Fələstinin HƏMAS qruplaşmasının İsrailə oktyabrın 7-də hücumundan sonra İsrail Suriyada həm Livanda Hizbullah qrupuna, həm də İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) qarşı hava hücumlarını artırıb. Son günlərdə İsrail pilotları Livana ərazisinə "dərin" reydlər kimi müntəzəm praktikanı bərpa ediblər.

Tehran və onun müvəkkilləri paytaxt Dəməşq və Hələb şəhərinin ətrafı daxil olmaqla, Suriyanın hər yerində mövqelərini möhkəmlədib.

İsrail İranın bölgədəki müttəfiqlərinə silah axınını dayandırmaq üçün illərdir hər iki şəhərin beynəlxalq hava limanlarına dəfələrlə zərbələr endirib. Lakin oktyabrın 7-dən bəri zərbələr daha ölümcül olub və İranı bəzi yüksək səviyyəli zabitlərini Suriyadan geri çağırmağa vadar edib.

Suriyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, İsrailin yerli vaxtla saat 01:45 radələrində Hələb vilayətinin cənub-şərqində bir neçə bölgəyə endirdiyi zərbələr nəticəsində bir neçə mülki vətəndaş və hərbçi ölüb.

Nazirliyin bəyanatında hava hücumlarının İdlib və Hələbin qərbindəki kəndlərdən "terror təşkilatları" tərəfindən Hələb və ətrafdakı ərazilərdə mülki əhaliyə qarşı həyata keçirildiyi deyilən dron hücumları ilə üst-üstə düşdüyü bildirilib.

İsrail ordusu şərh verməkdən imtina edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani X səhifəsində İsrailin Suriyaya hücumlarının müharibəni genişləndirmək üçün "açıq-aşkar və çıxılmaz cəhd" olduğunu yazıb, lakin İranın itkilər verib-vermədiyini bildirməyib.

Üç təhlükəsizlik mənbəyinin Reuters agentliyinə bildirdiyinə görə, zərbələr zamanı 33 suriyalı və Hizbullah qrupunun 5 döyüşçüsü öldürülüb. Mənbələrdən birinin verdiyi məlumata görə, öldürülən Hizbullah döyüşçülərindən biri noyabr ayında İsrailin Livanın cənubuna endirdiyi zərbə zamanı qardaşı da öldürülən yerli səhra komandiri olub.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG