Accessibility links

İran İnqilab Keşikçiləri Korpusunun komandiri İsrailin Suriyaya endirdiyi hava zərbəsi nəticəsində öldürülüb

Arxiv fotosu - Tarixi qeyd edilməyən bu fotoda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş məsləhətçisi Razi Musəvinin (solda) 2020-ci ildə İraqda ABŞ-ın dron zərbəsi nəticəsində öldürülən Qüds Qüvvələrinin komandiri Qasim Süleymani ilə yanaşı oturduğu göstərilir.

İran dövlət mediasının məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş məsləhətçisi Razi Musəvi İsrailin Suriyanın paytaxtı Dəməşq yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Reuters xəbər agentliyinin mənbələrə istinadən bildirdiyinə görə, Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin tərkibində Tehran və Dəməşq arasında hərbi koordinasiyaya görə cavabdeh olub.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan Tasnim xəbər agentliyi Musəvinin Suriyadakı qüvvələrin ən uzun müddət baş məsləhətçilərindən biri və 2020-ci ilin yanvarında ABŞ qüvvələrinin Bağdad yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində öldürülən keçmiş Qüds komandiri Qasım Süleymaninin "silahdaşı" olduğunu bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA və Britaniyada yerləşən müxalif Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin şiə müsəlman məbədinin yaxınlığında yerləşən Seyidə Zeynəb məhəlləsini vurduğunu bildirib.

Nə İsrail ordusu, nə də Suriya dövlət mediası hücumla bağlı açıqlama verməyib.

Forum

XS
SM
MD
LG