Accessibility links

İsrail Qəzzaya hava zərbələrini davam etdirir, hər iki tərəfdən ölənlərin sayı artır


İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza Zolağında fələstinli qaçqınların yerləşdiyi Cabalia düşərkəsində dağıdılmış binaların görüntüsü. (11 oktyabr, 2023)
İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza Zolağında fələstinli qaçqınların yerləşdiyi Cabalia düşərkəsində dağıdılmış binaların görüntüsü. (11 oktyabr, 2023)

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail oktyabrın 11-də cavab kampaniyasını davam etdirərək, Qəzza Zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS hücumunun başlamasından bir neçə saat sonra ilk zərbələrini həyata keçirməsindən bəri, çərşənbə günü Qəzzada ölənlərin sayının 1055 nəfərə yüksəldiyini, 5000-dən çox insanın yaralandığını bildirib.

Humanitar qruplar İsrailin 2,3 milyon insanın yaşadığı anklavı su, qida və elektrik təminatını kəsəcəyinə dair vədi fonunda Qəzzada mülki əhalinin vəziyyətindən narahat olduqlarını bəyan ediblər.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Polkovnik-leytenant Conatan Konrikus deyib ki, ölənlərin sayının artması İsrail daxilində davam edən döyüşlərə görə deyil, daha çox cəsədin aşkar edilməsi ilə əlaqədardır.

Konrikus video-müraciətində İsrailin HƏMAS döyüşçülərinin keçdiyi boşluqları bağladığını və ərazini yaxından qoruduğunu bildirib.

O, həmçinin İsrailin hava hücumlarını yaşayış binalarına etdiyi müdafiə edərək bildirib ki, HƏMAS əməliyyatlarını qəsdən mülki binalarda həyata keçirdiyinə görə, həmin yerlər legitim hərbi hədəflər sayılır.

Birləşmiş Millətlər Təşkilatı döyüşlər başlayandan bəri Qəzza Zolağında 263 mindən çox insanın evlərini tərk etdiyini və onların sayının artacağının gözlənildiyini bəyan edib.

Konrikus İsrailin 360 min rezervistinin "bu müharibənin sonunda HƏMAS-ın İsrail mülki əhalisini təhdid edə və ya öldürə biləcək heç bir hərbi imkana malik olmayacağına" əmin olmaq missiyasını yerinə yetirməyə hazırlaşdığını deyib.

ABŞ müdafiə naziri Lloyd Ostin jurnalistlərə bildirib ki, ABŞ xüsusi qüvvələrindən ibarət kiçik bir qrup HƏMAS-a qarşı əks-əməliyyatda planlaşdırma və kəşfiyyata yardım etmək üçün İsrail ordusu ilə birlikdə işləyir.

"Bizim digər resursları regiona da tez bir zamanda yerləşdirmək imkanımız var" - deyə, Ostin bildirib.

Fətah Mərkəzi Komitəsinin katibinin müavini Səbri Səydəmin ABŞ hökumətinin ərəbdilli peyk telekanalı Əlhürrə-ya dediyinə görə, Qəzza Zolağında humanitar vəziyyət "səhiyyə dəstəyinin olmaması, məktəblər, xəstəxanalar və səhiyyə müəssisələrinin fəaliyyətinin dayandırılması, işığın, rabitənin və internetin kəsilməsi ilə" presidentsizdir.

Forum

XS
SM
MD
LG