Cümə axşamı İsrailin mərkəzi və cənubunda raket sirenləri səslənib. HƏMAS militantları isə İsrailin Qəzzanın cənubuna hava hücumu nəticəsində 4 nəfərin öldüyünü bildirib.
HƏMAS-ın bildirdiyinə görə, öldürülənlər arasında HƏMAS-ın Kərəm Şalom keçid məntəqəsinin Qəzza hissəsinə təyin etdiyi yüksək səviyyəli sərhəd rəsmisi Bəssam Qaben də var.
Reuters xəbər agentliyi İsrail ordusunun sözçüsünə istinadən bildirib ki, İsrailin insidentdən xəbəri yoxdur.
İsrail keçən həftə Kərəm Şalom keçid məntəqəsini açaraq, yardımların Qəzza ilə Misiri birləşdirən Rəfah sərhəd keçidinə getmək əvəzinə, oradakı yoxlama məntəqələrindən birbaşa Qəzzaya keçməsinə icazə verib.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında yerləşən Aşkelondan Təl-Əvivə qədər uzanan raket həyəcan siqnallarını göstərən xəritələr yerləşdirib.
Fələstin militantları münaqişə boyu İsrail ərazisinə raket zərbələri endiriblər.
İsrail ordusu da öz növbəsində cümə axşamı bildirib ki, onun qüvvələri keçən gün ərzində Qəzza zolağında 230 hədəfə hücum edib.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Qəzzada telekommunikasiya xidmətlərinin bağlanmasının oradakı vəziyyət haqqında məlumat almağı çətinləşdirdiyi, yardım və fövqəladə hallar agentlikləri isə "telekommunikasiyanın kəsilməsinin həyat təminatı onsuz da məhdud olan bölgəni təhlükə altında qoyduğu" barədə xəbərdarlıq edib.
Forum