Accessibility links

İsrailin baş naziri Benjamin Netanyahu İranın nüvə proqramının qarşısını almağa çağırıb


O İranın nüvə silahı əldə etmək yönündə birinci mərhələyə çatmazdan öncə qırmızı səddin müəyyən olunmasının vacibliyini bildirib

İsrailin baş naziri Benjamin Netanyahu dünya birliyini İranın nüvə proqramına qarşı “qırmızı xətti” müəyyən etməyin vaxtı yetişdiyini bildirərək nüvə müharibəsinin qarşısını yalnız bu yolla almağın mümkün olacağını deyib.

Çümə axşamı İsrail lideri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı nümayəndə heyətlərinə bombanın dioqramından istifadə edərək müraciət edib və ara sıra güclü alqışlarla qarşılanıb.

Cənab Netanyahu İranın uran zənginləşdirmə qurğularının əməliyyatı davam etdirməyə imkan verdiyi təqdirdə növbəti yay ayının sonuna qədər nüvə proqramının birinci mərhələsini başa çatdıra biləcəyini deyib. O bu qurğuların etibarlı hədəf olduğunu deyərək İranın qırmızı xətlə üzləşdiyi təqdirdə geri addım atacağını vurğulayıb. Bundan sonra isə dünya birliyi ilə birlikdə İrana qarşı tətbiq etmək üçün sanksiyalara və diplomatik yollara əl atmaqla Tehranı nüvə proqramını inkişaf etdirmək fikrindən yayındırmağa daha çox vaxtın olacağını deyib.

İsrailin baş naziri İran liderlərinin İsrailə və ya digər hər hansı bir dövlətə qarşı atom bombası istifadə etməkdən çəkinməyəcəyini deyib. Netanyahu İranın nüvə silahına malik olduğu təqdirdə Yaxın Şərqdə qüvvələr balansının yaranacağı və sabitlik olacağını düşünənləri kəskin tənqid edib. O kinayəli şəkildə bunu əl-Qaidəyə atom silahı verməklə dünyada sülhə nail olmağa ilə müqayisə edib.
XS
SM
MD
LG