Accessibility links

İsraillə fələstinli militantlar arasında döyüşlər səngimək bilmir


Regional və beynəlxalq tərəfdaşların atəşkəs cəhdlərinə baxmayaraq, İsrailin Qəzza şəhərinə hava hücumları həyata keçirmələri, fələstinli militantların isə İsrail ərazilərini raket atəşinə tutması ilə Qəzza zolağında döyüşlər davam edir.

Fransa, Misir və İordaniya ilə koordinasiyalı olaraq, BMT Təhlükəsizlik Şurasına döyüşlərin dayandırılmasına çağıran qətnamə təklif edib.

"Üç ölkə üç sadə element üzərində razılığa gəlib: Döyüşlər dayandırılmalıdır, atəşkəsin vaxtı çatıb və BMT Təhlükəsizlik Şurası məsələni həll etməlidir" - deyə, Fransa Prezidenti Emmanuel Makronun ofisindən bildirilib. Makron çərşənbə axşamı Misir Prezidenti Əbdülfəttah Əl-Sissi və İordaniya Kralı II Abdulla ilə danışıb.

İsrailin müttəfiqi, şuranın beş daimi üzvündən biri kimi veto haqqına sahib olan ABŞ indiyə qədər şuranın atəşkəsi dəstəkləyən hansısa açıqlama verməsinə imkan verməyib. ABŞ rəsmiləri belə bir açıqlamanın münaqişənin sona çatması üçün diplomatik səylərə yardım etməyəcəyini deyir.

"Məqsədimiz bu münaqişəyə son qoymaqdır. Düzgün yanaşmanın nədən ibarət olduğunu qiymətləndirmək üçün hər gün düşünürük.Hazırda pərdə arxasında səssiz və intensiv müzakirələrimiz davam edir" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

BMT zorakılıqlara son qoyulması üçün vasitəçilik səylərində “aktiv iştirak etdiyini” bildirib. BMT eləcə də yanacaqla dolu onlarla maşını bölgəyə göndərdiyini və yardım agentliyinin Qəzzaya bundan başqa heç bir yardım etmədiyini bildirib.

Beynəlxalq təşkilat İsrailin hava hücumlarının Qəzzadakı mülki infrastruktura, eləcə də COVID-19 test laboratoriyası və digər sağlamlıq müəssisələrinə vurduğu zərərlərlə əlaqədar narahatlığını ifadə edib.

Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, mayın 10-dan, döyüşlər başlayandan bəri İsrailin hava hücumları zamanı 63-ü uşaq olmaqla, azı 217 fələstinlini ölüb. İsrail isə raket hücumları səbəbindən 6 yaşlı bir uşaq da daxil olmaqla, azı 12 İsraillinin öldüyünü bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG