Qəzza zolağında elan olunmuş 72 saatlıq atəşkəsin başa çatmasına bir gündən az vaxt qalır. İsrail və Həmas təmsilçiləri Qahirədə danışıqları davam etdirir.
İsrail rəsmiləri bildirib ki, onlar atəşkəsi təktərəfli uzatmağa razıdırlar. Ancaq Həmas təmsilçiləri hər hansı razılaşma əldə edildiyini təkzib ediblər.
Vaşinqtonda Afrika liderlərinin summitində çıxış edən ABŞ prezidenti Barak Obama Misirdəki danışıqları dəstəklədiyini və davamlı həllin tapılmasının vacib olduğunu deyib.
İsrail qüvvələri sərhəddə əraziyə nəzarəti əldə saxlamağa davam edir.
Bir çox insan atəşkəsdən istifadə edərək döyüşlər zamanı dağılmış evlərinə baş çəkib.
BMT-nin baş katibi Ban Gi Mun bildirib ki, Qəzzada zorakılıqlara son qoyulmalıdır.
Həmas İsrail və Misirdən Qəzza zolağının blokadasının qaldırmasını tələb edir. Blokada bölgəyə silah və terroristlərin daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Ancaq bu qadağa Qəzza iqtisadiyyatına mənfi təsir göstərit və insanların səyahət etmələrinə əngəl törədir.