Accessibility links

İsrail ordusu Qəzza zolağında 25 hədəfi vurub


İsrail ordusu fələstinlilərin ərazisindən raket hücumlarına cavab olaraq döyüş təyyarələri ilə Qəzza zolağında 25 hədəfi vurub.

Ordu rəsmiləri bildirib ki, raketdən müdafiə sistemi gecə Qəzza zolağından İsrailə tərəfə atılan bir neçə raketi zərərsizləşdirib.

Hücuma cavab olaraq İsrail təyyarələri Həmas hərəkatına məxsus olduğu ehtimal edilən hərbi mövqelərə hücumlar həyata keçirib.

İsrail Qəzza zolağını idarə edən Həması qatı düşməni hesab edir.

Martın 30-u sərhəd boyu kütləvi nümayişlər və toqquşmalardan sonra vəziyyət daha da gərginləşib. Toqquşmada təxminən 132 fələstinli öldürülüb. İsrail tərəfdən ölən olmayıb.

Fələstinlilər 1948-ci il müharibəsindən sonra ailələrinin qaçmağa məcbur olduqları evlərinə qayıtmaq hüquqlarını tələb edir.

XS
SM
MD
LG