Accessibility links

Mahmud Abbas:" Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm."


Mahmud Abbas:" Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm."
Mahmud Abbas:" Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm."

Fələstinlilərin prezidenti Mahmud Abbas İsraillə sülh razılığı əldə edilmədiyi halda, Fələstin İdarəsinin buraxılmasının mümkünlüyü məsələsini qaldırıb. Bu gün televiziyada yayımlanan müsahibədə cənab Abbas deyib ki, İsrail işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasa və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar baş tutmasa, o, fələstinlilərin bu ərazilərdə özünü-idarəsinə son qoyulmasına çalışacaq. İsrailin İordan çayının Qərb sahilinin işğalını qeyd edən cənab Abbas deyib ki, o, mövcud olmayan hakimiyyətin prezidenti kimi qalmağa davam edə bilməz. Fələstin İdarəsi 1993-cü ildə Oslo sülh müqaviləsinə əsasən yaradılmışdı. Ona İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb sahili və Qəzza zolağının ərazilərində sülh razılığı əldə edilənə qədər iradəedici səlahiyyətlər verilib.

XS
SM
MD
LG