Accessibility links

Dövlət katibi Klinton:"Vaşinqton Yaxın Şərq sülh prosesində bundan sonra passiv iştirakçı olmayacaq."


Dövlət katibi Klinton:"Vaşinqton Yaxın Şərq sülh prosesində bundan sonra passiv iştirakçı olmayacaq."
Dövlət katibi Klinton:"Vaşinqton Yaxın Şərq sülh prosesində bundan sonra passiv iştirakçı olmayacaq."

Dövlət katibi Hillari Klinton Vaşinqtonda Yaxın Şərqə dair seminarda məruzə ilə çıxış edib

ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Vaşinqton Yaxın Şərq sülh danışıqlarında bundan sonra “passiv iştirakçı” olmayacaq, əksinə əsas məsələlərdə gecikmədən razılığa gəlmək üçün tərəflərə təzyiq göstərəcək. Vaşinqtonda Yaxın Şərqə dair seminarda çıxış edən xanım Klinton İsrail və Fələstin liderlərini iki dövlətin mövcudluğu prinsipi ətrafında danışıqlarda durğunluğa gətirib çıxarmış bir sıra məsələləri həll etməyə çağırıb. ABŞ-ın baş diplomatı deyib ki, tərəflərin razılığın əldə edilməsi üçün kompromisə getməsi mühümdür. İsrailin Müdafiə naziri Ehud Barak öz çıxışında Qüdsün bölüşdürülməsi perspektivləri məsələsini qaldırıb. Barak qərbi Qüdsün və yəhudi məhəllərinin İsrail tərəfə aid olması fikrini irəli sürüb. O deyib ki, əsas etibarilə ərəblərdən ibarət rayonların Fələstinin nəzarəti altında ola bilər. Xanım Klinton seminarda çıxışından öncə müdafiə naziri Barak və fələstinlilərin vasitəçisi Saeb Erekatla ayrı-ayırılıqda görüş keçirib. Klinton deyib ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel gələn həftə regiona yollanacaq.

XS
SM
MD
LG