Accessibility links

İsrail əsgərləri fələstinli bir yeniyetməni öldürüb


Qəzzanın səhiyyə rəsmiləri İsrail ordusunun Qəzza-İsrail sərhədi yaxınlığında insanlara atəş açması nəticəsində bir fələstinli yeniyetmənin öldüyünü bildirib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, cümə günü 16 yaşlı Fahid Əl-Astal qarnından vurulub, digər dörd nəfər isə yaralanıb.

Şahidlər baxmayaraq ki, bu gün heç bir rəsmi nümayiş planlaşdırılmayıb, bir qrup insanın Qəzza zolağının cənub Xan Yunisin şərqindəki ərazi yaxınlığında toplaşdıqlarını bildirib.

Üçüncü həftədir ki, Həmas rəhbərləri qeyri-sabitlik qorxusundan müntəzəm olaraq keçirilən cümə etirazlarını ləğv edir. Bu, bu ayın əvvəlində İsrail və İslam Cihadı militant qrupu arasında iki gün davam edən döyüşlərdən sonra baş verib.

İslam Cihadı qrupunun bir döyüşçüsü bu gün səhər aldığı yaralardan vəfat edib.

XS
SM
MD
LG