Accessibility links

İsrail ordusu Qəzza zolağında genişmiqyaslı hava hücumları həyata keçirib


İsrail ordusunun cümə günü bildirdiyinə görə, fələstinli militantların İsrail ərazisinə üç raket atmasından az sonra İsrail ordusu militantların Qəzza z-olağınndakı hədəflərinə havadan genişmiqyaslı hücumlar həyata keçirib.

Prezident Donald Trampın Birləşmiş Ştatların Yaxın Şərq sülh planını açıqlamasından sonra artan gərginliklərin səbəb olduğu atışmalar zamanı itki və ya böyük zərər barədə məlumat verilməyıb. İsrail münaqişəyə son qoyacaq sülh planını bəyənsə də, plan fələstinlilər tərəfindən rədd edilib.

Fələstinlilər cümə namazından sonra Qüdsün həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs sayılan hissəsi də daxil olmaqla, böyük etiraz aksiyalarına çağırıb.

ABŞ prezidenti Fələstinin paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət elan edilməsini təklif edib. Plana əsasən İordan çayının qərb sahili xəritəsi yenidən müəyyən ediləcək və fələstinlilərə dövlətçilik yolu açılacaq.

Plan İsrailin Qüds üzərindəki suverenliyini tanımaqla yanaşı, İordan çayının qərb sahilinin sərhədlərinin yenidən müəyyən edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG