Accessibility links

İsrail ordusu Suriyanın kəşfiyyat dronunu vurub


İsrail ordusunun verdiyi məlumata görə, ölkənin hərbçiləri sərhədə yaxın ərazidə Suriyanın hərbi kəşfiyyat dronunu vurub. Dron Qolan demilitiraziya zonasını tərk edərək İsrail tərəfə istiqamət tutarkən məhv edilib.

“İsrail dövləti onun suverenliyinin pozulması faktına ciddi yanaşır və istənilən təxribat cəhdinə güclə cavab verir” deyə, İsrailin müdafiə naziri Aviqdor Lieberman bəyanatda bildirib.

Ordu təsdiq edib ki, vurulan pilotsuz uçuş cihazı hücum dronu deyildi və həmin dronun İran və ya Hezbollah ilə əlaqəsi olub-olmadığı araşdırılacaq.

1973-cü il müharibəsindən sonra əldə edilən atəşkəs nəticəsində İsrail ilə Suriyanı ayıran Qolan ərazisinin yaxınlığı 2011-ci ildən etibarən, Suriyada vətəndaş müharibəsi başlayandan bəri zorakılıq mərkəzlərində birinə çevrilmişdi.

Sentyabr ayında Suriya ordusu bildirib ki, İsrail döyüş təyyarəsi onların mövqelərindən birinə zərbə endirib və nəticədə iki nəfəri öldürülüb. İsrail ordusundan verilən məlumata görə, döyüş təyyarələri Suriya rejiminin kimyəvi silah istehsal etdiyini hesab edilən ərazini müşahidə edirdi.

İsrail və Suriya 1967-ci ilin Altı Günlük Müharibəsindən sonra hələ də texniki olaraq müharibə vəziyyətindədirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG