Accessibility links

İsrail-Qəzza arasında atəşkəsə dair ziddiyyətli bəyanatlar verilir


Beynəlxalq vasitəçşiliklə Israil-Qəzza münaqişəsinə son qoyulduğu bildirilir. Fələstin rəsmiləri atəşkəs barədə razılığın Qahirə müzakirələri zamanı əldə edildiyini deyib.

Lakin CNN İsrailin razılıq əldə edilmədiyini və müzakirələrin hələ də davam etdirildiyini bildiridiyini xəbər verir.

ABŞ prezidenti Barak Obama Qəzza zolağında İsraillə fələstinli yaraqlılar arasındakı münaqişənin yeddinci günü dövlət katibi Hilari Klintonu regional liderlərlə görüşmək üçün İsrail, Ramallah və Qahirəyə göndərib.

İsrail xanım Klintonun səfəri ərəfəsində Qəzzaya qarşı planlaşdırılan quru hücumları təxirə salıb.

Prezidentlə bərabər Asiya ölkələrinə səfər edən xanım Klinton İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün Qüdsə yola düşüb.

Sərhəd boyu hücumların qarşısını almaq üçün edilən diplomatik səylər hələ ki, boşa çıxıb. Vəziyyətlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının keçirdiyi görüş dünən razılıq əldə edilmədən sona çatıb.

Bu arada, bu gün İsrailin Həmas yaraqlılarına qarşı hava hücumlarından sonra Qəzza şəhərinin üzərini tüstü bürüyüb.

Bölgəyə səfəri zamanı xanım Klinton fələstinlilərin lideri və Misir rəsmiləri ilə də görüşəcək. Ağ Ev məlumat verib ki, bu görüşlər ABŞ-ın marağında olan bölgədə baş qaldıran münaqişənin sülh yolu ilə həlli məqsədi daşıyır.
XS
SM
MD
LG