İsrail məhkəməsi sabiq prezidenti Moşe Katsavı zorlama və başqa seksual təcavüz ittihamları ilə yeddi il azadlıqdan məhrum edib.
Katsav dekabrda sabiq işçini zorlamaqda və başqa iki qadını seksual təzyiqlərə məruz qoymaqda günahkar bilinmişdi.
Katsav ittihamları rədd etmiş və sövdələşmədən boyun qaçırmışdı. Əvəzində o, adını təmizə çıxarmaq üçün məhkəməyə çıxmağa üstünlük vermişdi.
Məhkəmə işi 1990-cı illərdə və sonradan prezident işlədiyi dönəmdə Katsav üçün işləyən üç qadının ittihamlarına əsaslanır.