Accessibility links

İsrailin Suriyaya hava hücumları təsdiqlənib


İsraildəki mənbələr ölkənin hava qüvvələrinin Suriyada hücum həyata keçirdiyini təsdiq edib. Hücumun Livandakı Hizbullla yaraqlı qruplaşmasının silah ehtiyatlarını hədəf aldığı ehtimal olunur.

İsrail hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib.

ABŞ rəsmiləri dünən gecə saatlarında xəbər agentliklərinə hücumun cümə axşamı günü və ya cümə günü səhər saatlarında baş verdiyini bildirib. Məlumatda deyilir ki, İsrail qırıcı təyyarələrinin Suriya hava sərhədini pozmasına dair heç bir göstərici yoxdur. Jurnalistlərə məlumat verən rəsmilər adlarının açıqlanmasını istəməyib.

Onlayn xəbər mənbəyi Politico Senatın Hərbi Xidmətlər Komitəsinin üzvü olan ABŞ senatoru Lindsi Qrahama istinadən bildirib ki, cümə günü Respublikaçılar üçün pultoplama mərasimində senator İsrailin Suriyanı elə həmin gün bombaladığını deyib.
XS
SM
MD
LG