Accessibility links

İsrailli alimlər iflci olan siçanın yenidən yeriməsinə nail olub [Video]


İsrailli alimlər iflci olan siçanın yenidən yeriməsinə nail olub
please wait

No media source currently available

0:00 0:02:06 0:00

İsrailli alimlər iflci olan siçanın yenidən yeriməsinə nail olub

Onurğa beyninin zədələnməsinin müalicəsi müasir elmin ən böyük arzularından biridir. İsrailli bir tədqiqat qrupu isə bu yolda addım-addım irəliləyir. Onlar insan kök hüceyrələrindən istifadə edərək siçanın onurğa beynində düzəliş etməyə nail olub və beləcə paraplegiyası olan gəmiricinin yenidən yürüməsinə imkan yaradıb.

Bu layihədə biz beyin onurğasının tamamilə zədələnməsindən sonra siçana onurğa beyni regenerasiyası yeritməyə nail olduq. Nəticədə tamamilə iflic olan heyvan yenidən yürüməyə başladı və sensor reseptorlarını bərpa edə bildi. Heyvanın iki-üç həftə sonra yenidən yeriyə bilməsini görmək inanılmaz idi/
Şulamit Levendberq

Bu, beyin onurğası zədələnən siçanın zədənin olduğu yerə kök hüceyrəsi yeridiləndən üç gün sonrakı vəziyyətidir.

Bu isə eyni siçanın əməliyyatdan altı həftə sonrakı vəziyyətidir.

“Bu layihədə biz beyin onurğasının tamamilə zədələnməsindən sonra siçana onurğa beyni regenerasiyası yeritməyə nail olduq. Nəticədə tamamilə iflic olan heyvan yenidən yürüməyə başladı və sensor reseptorlarını bərpa edə bildi. Heyvanın iki-üç həftə sonra yenidən yeriyə bilməsini görmək inanılmaz idi”, deyə İsrail Texnologiya İnstitutundan Şulamit Levenbderq bildirir.

Proses əslində çox sadədir. İnsana aid kök hüceyrəsini alıb, onu bioloji baxımdan həll oluna bilən lövhənin üzərinə qoyuruq və daha sonra zədənin olduğu nahiyəyə yerləşdiririk. Bu siçanda sinir hüceyrələri zədənin ətrafında inkişaf etdi və bu, sinir siqnallarının fərqli bir yol tapmasına imkan yaratdı.

“Biz bilirik ki, beynin onurğası öz-özünə sağala bilməz. Ona görə də, biz insandan kök hüceyrəsi aldıq, ona bəzi dəyişikliklər etdik və onu biomaterial, yəni polimer ilə birlikdə siçanın onurğa beyninin içinə yerləşdirdik,” Tel-Əviv Universitetindən Daniel Offen söyləyir.

ABŞ-da hər il 17 min insanın onurğa beyni zədələnir. Bəzi müalicələrə və başqa növ sinir transplantasiyalarına baxmayaraq, hələ ki, tamamilə sağalan olmayıb.

Amma indi bir ümid ayranıb.

Onurğa beyni
Onurğa beyni

“Təbii ki, biz insanlarda da eyni nəticələri əldə edəcəyimizə ümid edirik. Bu isə o deməkdir ki, biz onların hərəkət etmək qabiliyyətlərində yaxşılaşma görəcəyik. Bunlar hələ ilkin araşdırmalardır və bu prosesin insanlarda nə cür nəticə verəcəyini bilmirik,” Levenberq deyir.

Kök hüceyrəsi transplantasiyası olunan siçanların yalnız təxminən 40 faizi sağalıb. Bundan əlavə transplantasiya xəsarətdən çox qısa müddət ərzində edilməlidir. Amma tədqiqatçılar ümid edir ki, bu cür kök hüceyrəsi tranplantasiyaları artıq hər xəstəxanada təcili yardım proseduruna çevriləcək.

XS
SM
MD
LG