Accessibility links

Bu gün Türkiyənin İstanbul şəhərində gecə klubuna silahlı basqın olub. Şəhərin Beşiktaş məhəlləsində Reyna klubuna daxil olan naməlum silahlı şəxs insanlara atəş açıb.

Hadisə yerinə gələn İstanbul qubernatoru Vasif Şahin hücum zamanı 35 nəfərin həlak olduğunu bildirib. Cənab Şahin ölənlərdən birinin polis olduğunu, olay zamanı 40 nəfərin isə yaralandığını deyib.

“İçəri girən şərəfsizlər Kalaşnikovlarla biçiblər. Amerika kəşfiyyatı bu barədə məlumat vermişdi. 1 həftə, 10 gündür buralarda dəniz də daxil olmaqla hər yerlə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Sonra nə oldu? Hamının gözü qarşısınd bu hücum törədildi.
Klubun sahibi

Hücum həyata keçirilən zaman klubda 700-800 nəfərin olduğunu bildirilib.

Hadisədən sonra gece klubuna çoxsaylı ilkin tibbi yardım heyəti cəlb edilib. Polis ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Hürriyət qəzetinin müxbiri Tayqun Atilla Reynanın sahibi Mehmet Koçarslandan qısa açıqlama ala bilib. “İçəri girən şərəfsizlər Kalaşnikovlarla biçiblər. Amerika kəşfiyyatı bu barədə məlumat vermişdi. 1 həftə, 10 gündür buralarda dəniz də daxil olmaqla hər yerlə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Sonra nə oldu? Hamının gözü qarşısınd bu hücum törədildi” – deyə Mehmet Koçarslan bildirib.

Şahidlərin sözlərinə görə isə hücum zamanı içəridə ən azı 600 adam olub və bəzi insanlar gülləyə tuş gəlməsinlər deyə özlərini pəncərələrdən dənizə atıb. Yerli medianın yaydığı xəbərlərə görə, əvvəlcə klubun önündə polis işçisi və bir mülki şəxsi qətlə yetirən hücumçu daha sonra içəri daxil olub.

Hələlik hücumu bir və ya iki şəxsin törətdiyi bəlli deyil. NTV telekanalı içəri daxil olan silahlılardan ən azı birinin Santa Klaus paltarında olduğunu bildirib.

Hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib. Silahlı şəxsləri kimliyi və yeri barədə də hələ ki dəqiq məlumat yoxdur.

Sosial mediada yerləşdirilən videoda polis və xilasedici maşınların hadisə yerinə tələsdiyi görünür.

Obama məlumatlandırılıb

Ağ Evin mətbuat katibinin müavini Eric Şultz bildirib ki, milli təhlükəsizlik komandası prezident Barak Obamanı İstanbulda törədilmiş hücum barədə məlumatlandırıb.

“Prezident günahsız insanların həyatını itirməsinə görə dərin hüznlə təəssüfünü ifadə edərək komandasını ehtiyac olduğu təqdirdə Türkiyə səlahiyyətlilərinə lazımi köməyi əsirgəməməyi tapşırıb” – deyə o bildirib.

Prezident Obama günahsız insanların həyatını itirməsinə görə dərin hüznlə təəssüfünü ifadə edərək komandasını ehtiyac olduğu təqdirdə Türkiyə səlahiyyətlilərinə lazımi köməyi əsirgəməməyi tapşırıb.
Ağ Evin mətbuat katibinin müavini

Obama özü də NATO müttəfiqi olan Türkiyəyə dəstəyini təsdiq edib.

Gücləndirilmiş təhlükəsizlik

Son aylarda törədilmiş terror hücumlarından sonra Türkiyənin böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu ayın əvvəlində Beşiktaş stadionu yaxınlığındakı iki partlayış nəticəsində 38 nəfər həlak olmuş, 150-dən çox insan isə yaralanmışdı.

Həmin hücumun məsuliyyətini kürd yaraqlıları öz üzərinə götürmüşdü.

İyun ayının sonlarında isə İstanbul hava limanında baş vermis hücum 40-dan çox insanın həyatına son qoymuşdu. O hücuma görə məsuliyyəti isə İŞİD ekstremistləri öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG