Accessibility links

Avqustun 8-də Bakıda 38-41 dərcə isti olacaq

Son iki gündə Bakı şəhərində günvurmadan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 11 nəfər müraciət edib.

Onlardan 4-ü xəstəxanalara yerləşdirlib, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

“Səhiyyə Nazirliyi insanlara günün pik saatlarında açıq havada olmamağı məsləhət görür”, mətbuat xidmətinin əməkdaşı bildirib.

Bu il iyunun 1-də Bakı şəhərində günvurmadan 83 adam Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Onlardan 36 nəfər xəstəxanalara yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 8-də Bakıda və Abşeronda quru və isti hava şəraiti davam edəcək. Havanın temperaturu +38 +41 dərəcə olacaq.

Ölkənin regionlarında da hava quru və isti olacaq. Aran rayonlarında havanın temperaturu +42 dərəcəyə qədər yüksələcək. Dağlıq rayonlarda +34 dərəcəyə qədər isti olacaq

İsti havalar avqustun 10-dək davam edəcək.

XS
SM
MD
LG