Accessibility links

Hüquq müdafiəçisi prokurorluqda dindirilib


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin (DQMŞ) üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev iyunun 20-də üç saata yaxın Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Hüquq müdafiəçisi dindirmədən çıxdıqdan sonra bildirib ki, onu mayın sonlarında qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının işi üzrə dindiriblər.

"Amma istintaq bununla kifayətlənməyib. Mənə Bayramlının cinayət işindən kənar suallar da verilib", deyə Gülalıyev bildirib.

İstintaq DQMŞ-nin fəaliyyəti və Gülalıyevin hüquq müdafiə işi ilə də maraqlanıb.

Ondan istintaq sirrinin yayılmaması haqqında iltizam alınıb və buna görə o, ətraflı şərh verə bilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG