Accessibility links

Alp dağlarında 75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları kiçik buzlaqlarda aşkar edilib


İsveçrənin Alp dağlarında 75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları kiçik buzlaqlarda aşkar edilib.

Marselin və Fransin Dumolinlər 7 uşaq valideyni olub. Onlar 1942-ci ilin avqust ayının 15-dən bəri itkin idi.

Çütlüyün kiçik qızı Marselin Udri-Dumolin bildirib ki, bütün həyatları valideynlərinin axtarışına sərf edilib. Hazırda 79 yaşı olan həmin xanım bu xəbərin ona rahatlıq verdiyini deyib.

Çütlüyün kimliklərinin müəyyən edilməsi üçün autopsiya və DNT testləri keçiriləcək.

Rəsmilər onların qalıqlarının yanaşı uzanmış şəkildə, əyinlərində isə İkinci Dünya Müharibəsi dövrünün geyimləri ilə aşakr edildiyini bildirib.

Çütlük 280 nəfərdən ibarət Alpda itkin düşənlərin siyahısında yer alırdı. O zaman Marselin 40, Fransinin isə 37 yaşı vardı. Onlar arxalarında 5 oğul və 2 qız buraxmışdılar.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG