Accessibility links

Berluskoni vergidən yayınma ittihamı ilə həbs cəzasına məhkum edilib


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vergidən yayınmaqda təqsirli bilinərək dörd il müddətinə həbs cəzasına məhkum edilib.

76 yaşlı media maqnatını İtaliyada ən böyük özəl televiziya şırkəti olan Mediaset üçün ABŞ-ın film və televiziya hüquqlarını almağı ilə bağlı cinayət işi ilə əlaqəli olduğu aşkarlanıb.

Prokurorluq Berluskonini və digər rəsmiləri ABŞ-da istehsal edilən filmlərin qiymətini vergi ödənişini azalmaq məqsədi ilə saxtalaşdırmaqda ittiham edib.

Bir neçə il ərzində onun fəaliyyətlərində cinayət əməllərinin olmasına baxmayaraq, Berluskoninin həbsə məhkum olunması ilk haldır. Onun vergidən yayınmaq ittihamından apellyasiya şikayəti edəcəyi gözlənilir. Belə ki, İtaliya hüquq sistemi son qərarı verməzdən öncə məsələyə iki instansiyada baxılmasına imkan verir.

Berluskoninin azyaşlı qadınla pul qarşılığında cinsi əlaqəyə girməklə bağlı və baş nazir kimi vəzifəsindən sui-istifadə ilə bağlı məhkəmə işləri hələ də davam edir.
XS
SM
MD
LG