Accessibility links

İtaliyada körpü dağılıb


İtaliyanın Genuya şəhərində gözlənilməz qasırğa səbəbi ilə körpünin bir hissəsi dağılıb. Nəticədə maşınlar dağıntı altında qalıb.

hadisə zamanı 35 adam ölüb, 13 nəfər xəsarət alıb.

Fəlakət İtaliyanı Fransaya bağlayan yolda baş verib. Hadisə İtaliyanın Ferraqosto bayramına təsadüf etdiyi üçün yollar maşınlarla dolu olub.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli hadisəni böyük fəlakət adlandırıb.

Körpünün sənaye sahəsinə çökməsinə görə qaz borularına ziyan vurduğuna dair narahatlıq mövcuddur.

Xəbər agentliklərinin yaydığı fotolarda körpü arasında böyük uçurum görünür. Fəlakətin fəsadlarının aradan qaldırılmasına 200 yanğınsöndürən cəlb edilib.

Morandi körpüsü 1967-ci ildə inşa edilib. 90 metlik hündürlükdə yerləşən körpünün uzunluğu 200 mertdir.

XS
SM
MD
LG