Accessibility links

İtaliyada koronavirusdan ölənlərin sayı 7503 nəfərə çatıb


İtaliyada koronavirus epidemiyasının yayılması nəticəsində ölənlərin sayı 683 nəfər artaraq 7 503-ə çatıb. Mülki Müdafiə Agentliyi çərşənbə günü gündəlik ölüm hallarınln azaldığını bildirib.

Çərşənbə axşamı 743 nəfərin öldüyü bildirilib. Bazar ertəsi günü 602, bazar günü 650, şənbə günü isə ölkədə epidemiyanın fevralın 21-də baş qaldırmasından bəri rekord 793 ölüm halı təsdiq edilib.

Mülki Müdafiə Agentliyinin verdiyi məlumata görə, İtaliyada təsdiqlənmiş yoluxma hallarının ümumi sayı əvvəlki 69,176-dan 74 386-ya yüksəlib

Agentliyin rəhbəri Ancelo Borelli son hadisələr barədə geniş məlumat vermək üçün adətən iştirak etdiyi mətbuat konfransında olmayıb, çünki çərşənbə günü onun qızdırması olduğu üçün koronavirus testindən keçirilib.

Koronavirusun ən güclü zərbə endirdiyi şimalda Lombardi bölgəsində əvvəlki günlə müqayisədə ölənlərin sayının kəskin azaldığı bildirilsə də vəziyyət kritik olaraq qalır. Bölgədə 4.474 ölüm, 32.346 yoluxma halı qeydə alınıb.

XS
SM
MD
LG