Accessibility links

Romanın Leonardo da Vinçi hava limanı yenidən canlanıb


İtaliyanın uzun müddət davam edən koronavirus məhdudiyyətlərini yüngülləşdirməsindən, regional və beynəlxalq sərhədləri açmasından sonra Romanın Leonardo da Vinci hava limanı çərşənbə günü yenidən canlanıb. Lakin digər ölkələrin italyan qonaqları necə qəbul edəcəyi hələ də sual altındadır.

Qlobal pandemiyaya görə ayrı düşən ailələr və yaxınlar nəhayət yenidən birləşə bilsələr də, normal vəziyyət üçün uzun bir yol qət etməlidirlər.

İtaliya ziyarətçilər üçün 14 günlük karantin tələbini ləğv edərək, beynəlxalq sərhədlərini açan ilk Avropa ölkəsidir. Lakin Avropa ölkələrinin əksəriyyəti İtaliyanın dağılmış, kritik vəziyyətdə olan turizm sənayesini canlandırmasını hədəfləyən addımının vaxtından əvvəl atıldığını düşünür. Onların çoxu sərhədlərini iyunun 15-dən, bəziləri isə daha gec açmağı planlaşdırır.

Bu yay mövsümü Avropanın hansısa ölkəsinə getməyiniz harada yaşadığınız, hansı ölkənin pasportuna sahib olduğunuz və pandemiyanın bölgənizə nə qədər zərər vurduğundan asılı olacaq.

İtaliya həmçinin mart ayının əvvəlindən bəri bəzi bölgələr arasında bağladığı sürətli qatar xidmətini sərnişinlərin qızdırmasını ölçdükdən sonra səfərə icazə verməklə bərpa edib.

XS
SM
MD
LG