Accessibility links

İtaliyaya gedən məcburi köçkünlərin sayı xeyli azalıb


İtaliya patrul gəmisi çərşənbə günü Liviyanın sahillərində bir Almaniya xilasetmə gəmisini ələ keçirib. Bu, son illərdə Avropaya miqrant axını böhranının və insan alverinın qarşısını almaq üzrə son səylərdəndir.

Qeyri-hökumət təşkilatı Yugend Retted tərəfindən idarə olunan "Yuventa" gəmisi müsadirə olunub. Gəmi heyəti İtaliya prokurorluğu tərəfindən sorğu-sual edilir. İraliyanın bu missiyanı həyata keçirməsinə Liviya rəsmiləri icazə verib.

Çərşənbə günü Avropaya yol alan gəmi Aralıq dənizində xilas edilib və gəmidəki Eritriya miqrantları İtaliya gəmisinə köçürülüb.

İyul ayında İtaliyaya üz tutan məcburi köçkünlərin sayı keçən ilin iyul ayı ilə müqayisədə kəskin şəkildə azalıb. Bu, Şimali Afrika sahilllərinin daha güclü qoruması və daha yaxşı təchiz edilməsi səylərinin artırılmasından sonra baş verib.

2014-cü ildən bəri çoxu Afrikadan olmaqla, Liviyadan İtaliyaya 600 minə qədər məcburi köçkün gəlib.

XS
SM
MD
LG