Accessibility links

İtaliyada qar uçqunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb


Ötən həftə İtaliyada dağlıq ərazidə yerləşən dəbdəbəli oteldə qar uçqunu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Axtarış dəstələri gecə saatlarında İtaliyanın Farindol şəhərində dörd-ulduzlu Rigopiano otelində daha beş cəsəd aşkar edib.

Ötən həftənin çərşənbə günü Abruzzo regionunda baş vermis ardıcıl güclü zəlzələlərin səbəb olduğu qar uçqunundan sonra istirahət mərkəzindən bir neçə insan xilas edilib.

15 nəfərin itkin düşdüyü deyilir.

Bazar ertəsi oteldə qoyun itinin üç balasının sağ tapılmasından sonra daha çox insanın xilas edilə biləcəyinə ümidlər artmışdı.

Fəlakətlə bağlı təhqiqat aparılır. Bəziləri xilasetmə dəstələrini ləngiməkdə ittiham edib. İlk xilasetmə dəstəsi qar uçqunundan 11 saat sonra xizəklərlə otelə çatıb.

XS
SM
MD
LG