Accessibility links

İvanka Tramp Cənubi Koreyada səfərdədir


İvanka Tramp Pxençxan Qış Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak edəcək ABŞ nümayəndə heyətinə rəhbərlik etmək üçün Cənubi Koreyada səfərdədir. Lakin çox az insan bu səfər zamanı hər hansı diplomatik irəliləyişin olacağını gözləyir.

ABŞ prezidenti Donald Trampın qızı və Ağ Evin aparıcı müşaviri cümə günü kommersiya təyyarəsi ilə Seula səfər edib. Cənubi Koreya prezidenti Mun Cae-in ilə rəsmi şamda iştirak edəcək İvanka Trampın siyasətdən kənar duracağı ehimal edilir.

“ABŞ nümayəndə heyəti ilə bərabər Cənubi Koreyada olmaq böyük şərəfdir. Biz 2018 Qış Olimpiya Oyunlarında ABŞ komandasına azarkeşlik edəcəyimizdən və Koreya Respublikası insanlarına dəstəyimizi ifadə etməkdən çox məmnunuq.” – deyə İvanka Tramp cümə günü Cənubi Koreyanın İnçeon Beynəlxalq Hava Limanında müxbirlərə bildirib.

ABŞ rəsmilərinə əsasən İvanka Trampın nə Şimali Koreya nümayəndə heyəti ilə görüşmək və nüvə sinaqları ilə bağlı yaranmış vəziyyəti müzakirə etmək, nə də ki, Şimali Koreya repressiyalarından qaçmış şəxslərlə görüşməklə bağlı planı yoxdur.

XS
SM
MD
LG