Accessibility links

Fil sümüyü qaçaqmalçılığı ilə mübarizə gücləndirildi [Video]


Fil sümüyünün satılışına qadağa qoyulur
please wait

No media source currently available

0:00 0:02:59 0:00
Obama administrasiyası Afrikada fillərin, kərgədanların və başqa qırmızı kitaba daxil olan heyvanların məhvinə yol açan qaçaqmalçılıq və ticarət praktikasına qadağa qoyub. ABŞ dünya boyu vəhşi heyvanların qeyri-qanuni ovlanması və ticarəti ilə mübarizədə qlobal tərəfdaşları ilə daha sıx əməkdaşlıq edəcəyini bildirib.

Vəhşi heyvanların qeyri-qanuni ticarətinə qarşı olaraq fil sümüyündən ibarət böyük bir qalaq Londonun mərkəzində məhv edildi. Rovena Pekston fil sümüyündən olan əşyaları verənlərdən biri idi. “Elə bil üzərimdən ağır yük götürüldü. Mən indi əşyalarımla vidalaşıb, fillərin və kərgədanların xilas edilməsini xahiş edirəm.”

Fil sümüyünün beynəlxalq ticarətinə qadağa qoyan qanun 1989-cu qəbul edilsə də, bu ticarət qaçaqmalçılıq yolu ilə davam edir. Təbiət mühafizəçiləri fil sümüyünün satılması məqsədilə hər il Afrikada 25 mindən çox filin öldürüldüyünü deyir.

Fransanın gömrük işçisi Sebastian Tiran hər il Fransa sərhəd-gömrük məntəqələrində yarım ton fil sümüyünün müsadirə edildiyini deyir. “Qaçaqmalçılığın qarşısının alınması istiqamətində çox işlər görülüb, lakin fil sümüyü qaçaqmalçılığında heç bir dəyişiklik yoxdur."

Buna görə də ekspertlər fil sümüyü istehsalının azaldılmalı olduğunu deyirlər. Çoxları ən çox fil sümüyü alverinin baş verdiyi Çini günahlandırır. Honq-Konqun bəzi sakinləri hər il buna qarşı etiraz aksiyasına çıxır.

Fil sümüklərinin məhv edilməsi onun ticarətinin qarşısının alınmasının daha bir yoludur, baxmayaraq ki, bəziləri belə addımların fil sümüyünün bahalaşmasına səbəb olacağını deyir. Beynəlxalq Təbiət Fondunun bildirdiyinə görə, Çində fil sümüyünün 1 kq-mı 2 min dollara çatmışdı. Lakin bu yaxınlarda Çin qaçaqmalçılığa qarşı mübarizəyə qalxaraq, qanunsuz fil sümüyünün məhv edilməsinin tərəfdarı ABŞ, Fransa, Britaniya və digər ölkələrə qoşuldu.

Fransanın Ekologiya naziri Filip Martin bunun əhəmiyyətli bir addım olduğunu deyir.
“Çinin 6 ton fil dişini məhv etməsi mühüm amildir, çünki Çində bu malların istehlakçıları çoxdur. Bizim qaçaqmalçılara mesajımız budur ki, bu fil dişinin dəyəri yoxdur. Afrikadakı fillər qorunmalıdır.”

Ətraf mühit üzrə mütəxəssislər Afrikada olan milyonlarla filin sayının cəmi 500 minə düşdüyünü və hər il 10 faiz fil öldürüldüyünü bildirirlər. Onlar yalnız ciddi ölçülərin fillərin nəslinin kəsilməsinin qarşısını ala biləcəyini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG