Accessibility links

4-6 iyunda Formula-1 yarışının Azərbaycan Qran Prisi keçiriləcək


Bakıda “Formula 1” Azərbaycan Qran Pri yarışları keçiriləcək

Formula-1 yarışının Azərbaycan Qran Prisi 2024-cü ilə qədər keçiriləcək.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat verib.

Məlumata görə, bu, ötən il koronavirus pandemiyası səbəbindən "Formula 1 Azərbaycan Qran Prisi 2020"-nin ləğv olunması ilə bağlıdır.

"Müqavilə 2023-cü ilə qədər bağlanmışdı. Lakin ötən il Azərbaycan Qran Prisi keçirilmədi deyə, müqavilədə dəyişiklik oldu və müddət 2024-cü ilə qədər uzadıldı," məlumatda qeyd edilir.

Şirkət həmçinin qeyd edib ki, sosial mediada bu il Formula-1 Azərbaycan Qran Prinin keçirilməməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

"4-6 iyun tarixlərində Bakıda yarış baş tutacaq".

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır.

XS
SM
MD
LG