Accessibility links

Yaponiya Çinin hərbi qüvvələrinin ölkənin xarici siyasətinə təsirindən narahatdır


Yaponiya rəsmiləri Çinin hərbi qüvvələrinin ölkənin xarici siyasətinə təsiri barədə xəbərdarlıq edərək deyib ki, ordu və iqtidarda olan Kommunist partiyası arasında münasibətlər gərginləşir.

Yaponiyanın müdafiə sahəsinin illik yoxlanışının bir hissəsi olan hesabatda deyilir ki, 24 il ərzində Çinin müdafiə məsrəflərinin 30 dəfə artırıb. Yaponiyanın müdafiə naziri Satoşi Morimoto bu gün deyib ki, Çinin götürdüyü kursun təhlükəsi Şərqi Asiyada başqa ölkələrə də yayılır. Hesabatda deyilir ki, ABŞ-ın Yaponiyadakı hərbi mövcudluğu bu təhlükəyə maneə yaradır və regionda təhlükəsizlik inamı yaradır.
XS
SM
MD
LG