Accessibility links

Yaponiya regiondakı "həmfikir" dövlətlərə qeyri-öldürücü hərbi yardım göstərəcək


Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno
Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno

Yaponiya "həmfikir" ölkələri müdafiə yardımı ilə təmin etmək üçün yeni çərçivə yaratmağı planlaşdırır. Təhlilçilər deyir ki, bu addım Tokionun Çinin təsirinin artması fonunda regional təhlükəsizlikdə daha aktiv rol oynamaq niyyətini vurğulayır.

Tokionun Xaricə Təhlükəsizlik Yardımı (OSA) proqramını yaratmaq üçün atdığı addım Yaponiyanın ilk dəfə olaraq hökumətin beynəlxalq yardımdan hərbi məqsədlər üçün istifadəyə qoyduğu məhdudiyyətlərdən uzaqlaşmasını nəzərdə tutur.

OSA yardımı alan ölkənin təhlükəsizlik ehtiyaclarına əsaslanaraq, onu öldürücü olmayan material və avadanlıq, habelə infrastrukturun inkişafı üçün yardım təmin edəcək.

Yeni proqram "status-kvonu güc yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərin qarşısını almaq, xüsusən Hind-Sakit Okean regionunda sülh və sabitliyi təmin etmək və təhlükəsizlik mühiti yaratmaq üçün həmfikir ölkələrin təhlükəsizlik və çəkindirmə imkanlarını gücləndirməkdən və Yaponiya üçün arzuolunan təhlükəsizlik mühiti yaratmaqdan ibarətdir" - deyə, Yaponiya Xarici İşlər Nazirliyinin aprelin 5-də verdiyi bəyanatda deyilir.

Müşahidəçilər deyir ki, Yaponiya daha böyük rol istəyir

Yaponiyanın Xaricə Təhlükəsizlik Yardımı proqramı onillər boyu yollar, bəndlər və digər mülki infrastruktur layihələrini maliyyələşdirib. Bu barədə Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno aprel 5-də mətbuat konfransında deyib. Yeni proqram yeni qurum kimi fəaliyyət göstərəcək.

Tayvanın Milli Çunq Hsinq Universitetinin Yaponiya və Koreya Araşdırmaları Mərkəzinin direktoru Lu Hsin-Çi inanır ki, yeni təşəbbüslər Yaponiya hökumətinin regional təhlükəsizliyi təmin etmək və ABŞ-Yaponiya müttəfiqliyini gücləndirməkdə daha böyük yol oynamaq niyyətində olduğunu göstərir.

"Çin və Rusiya ABŞ-ın Hindistan-Sakit okean strategiyası üçün əsas narahatlıqlardır. Bir Amerika müttəfiqi kimi Yaponiya öz müdafiə siyasətini formalaşdırarkən bunu nəzərə alır,” o, Amerikanın Səsinə deyib. “Çin və Rusiyanın regional təsiri Yaponiyanın ABŞ-Yaponiya müttəfiqliyindəki rolunun vacibliyini müəyyən edəcək. Onların təsiri nə qdəər çox olsa, Yaponiya bir o qədər vacib olacaq".

İrəliləyiş

Tayvanda Milli Müdafiə və Təhlükəsizlik Araşdırması İnstitutunun elmi işçisi Vanq Yen-Li deyir ki, onillər boyu Yaponiyanın xarici yardımı Yaponiya üçün əlverişli iqtisadi mühit yaratmaq məqsədi daşıyırdı.

"Yenis OSA çərçivəsi diqqəti daha çox təhlükəsizlik qaydaları və regional sabitliyin qorunmasına daha çox diqqət yetirməyə yönəldib. Bu, Yaponiyanın müdafiə siyasətində ən böyük irəliləyişdir" , Vanq Amerikanın Səsinin Mandarin xidmətinə bildirib.

Yaponiyanın İkinci Dünya Müharibəsində sonra qəbul edilən konstitusiyasının 9-cu maddəsində deyilir ki, ada dövlət "millətin suveren hüququ kimi müharibədən və beynəlxalq mübahisələrin həlli vasitəsi kimi güc tətbiq etməklə hədələməkdən və ya ondan istifadə etməkdən həmişəlik imtina edəcək".

XS
SM
MD
LG