Accessibility links

Kanadada daha bir yəhudi məktəbinə hücum olub


Yerli mətbuatın polisə istinadən xəbər verdiyinə görə, bazar günü Monreal şəhərindəki yəhudi məktəbi atəşə tutulub. Bu, İsrail və Qəzza arasındakı münaqişə ilə bağlı artan gərginlik fonunda bir həftədən az müddətdə Kanada şəhərində yəhudi məktəbinə üçüncü hücumdur.

Xəsarət alan olmasa da, Monrealdakı Yeşiva Gedola məktəbinin fasadına zərər dəyib. Kanadadakı CBC News tele kanalı xəbər verib ki, sakinlər bazar günü səhər saatlarında atəş səslərini eşitdikdən sonra binanın qarşısında güllə izləri və patronlar aşkar edilib.

Yerli medianın məlumatına əsasən, Monrealdakı digər iki məktəb cümə axşamı səhər saatlarında giriş qapılarında güllə dəlikləri aşkar etdiyini bildirib.

Şəhərin qərb hissəsindəki yəhudi məktəblərində baş verən hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı bəlli deyil.

CBC News xəbər verir ki, çərşənbə günü Konkordia Universitetində İsrail və Qəzzada qarşıdurmada əks tərəfləri dəstəkləyən insanlar arasında şiddətli mübahisə yaralananlar və həbslərlə nəticələnib.

Xəbər agentliyinin məlumatına görə, Kvebek Hasid Yəhudiləri Şurasının üzvü Mayer Feyq deyib ki, məktəblərə hücum şəhərdəki yəhudi əhalisini qorxutmaq məqsədi daşıyır.

Toronto şəhərinin polisi HƏMAS-ın oktyabrın 7-də ilk hücumundan sonra üç həftə ərzində yəhudilərə və müsəlmanlara qarşı nifrət zəminində cinayətlərin sayının bütün 2022-ci il boyu müqayisədə iki dəfədən çox artdığını bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG