Accessibility links

LDPR lideri Vladimir Jirinovski "Vətən qarşısında xidmətlərə görə" 1-ci dərəcəli medalla təltif edilib


Putin və Jirinovski (Arxiv)

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski "Vətən qarşısında xidmətlərə görə" 1-ci dərəcəli medalla təltif edilib. Məlumata görə, Jirinovskinin 75 illiyi ilə əlaqədar aprelin 25-də Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Sənəddə deyilir ki, bu mükafat LDPR liderinə Rusiya dövlətçiliyinin möhkəmlənməsi, parlamentarizmin inkişafı və qanunların qəbulundakı fəallığına görə verilir.

Bundan əvvəl Jirinovski "Vətən qarşısındakı xidmətlərinə görə" IV, III və II dərəcəli medalllarıla təltif edilib.

Sentyabrın 19-da Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək. Ötən ilin noyabrında yayılan məlumata görə, hazırda parlamentdə təmsil olunan 3 partiya (Kommunist, Liberal Demokrat və Ədalətli Rusiya partiyaları) yenidən seçki siyahılarına başçılıq etmək niyyətindədir.

Bu ilin əvvəlində "Ədalətli Rusiya" partiyası iki siyasi partiya ilə birləşib. Siyasi bloka "Ədalətli Rusiya" partiyasından Sergey Mironov rəhbərlik edir.

Bir müddət əvvəl Jirinovski Rusiya kommunistlərinin lideri Gennadi Züqanovun Kommunist partiyası rəhbərliyindən gedəcəyini bildirsə də, aprelin 24-də məlum olub ki, Züqanov yenidən partiyanın sədri seçilib.

Şərhlərə bax

XS
SM
MD
LG