Accessibility links

ABŞ-ın bir neçə ştatı Johnson & Johnson peyvəndinin tətbiqini müvəqqəti olaraq dayandırıb


ABŞ-ın bir neçə ştatı Johnson & Johnson peyvəndinin tətbiqini müvəqqəti olaraq dayandırıb
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Koronavirusa qarşı Johnson & Johnson peyvəndi vurulduqdan sonra 6 nəfərdə nadir qan laxtalanmasının əmələ gəlməsi ABŞ-ın bir neçə ştatında bu peyvəndin tətbiqinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub. Bu arada, bir neçə ölkə AstraZeneca peyvəndlərinin qan laxtalanmasına səbəb olduğu barədə xəbərdarlıqlardan sonra bu peyvəndin də tətbiqini dayandırıb.

ABŞ-ın federal səhiyyə agentlikləri çərşənbə axşamı Johnson & Johnson peyvəndi vurulan 6 qadında iki həftə ərzində nadir qan laxtalanması əmələ gəldiyini bildirib və peyvəndin tətrbiqinin dayandırılmasına çağırıb. Mütəxəssislər laxtalanmanın beyndə müşahidə edildiyini və bir qadının öldüyünü bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bildirdiyinə görə, ABŞ-da təxminən 7 milyon insana Johnson & Johnson peyvəndi tətbiq edilib və risk bir milyonda bir haldan az deməkdir. Ağ Ev peyvəndin tətbiqinin dayandırıldığını və bunun peyvəndin tətbiqinə əhəmiyyətli dərəcədə təsir etməyəcəyini deyir Ağ Evin COVID-19-la Mübarizə Qrupunun koordinatoru Cef Ziyents: "Johnson & Johnson ABŞ-da bu günə qədər peyvənd vurulan 190 milyin insana tətbiq edilən peyvəndlərin 5 faizdən azını təşkil edir."

Bayden administrasiyası ABŞ-ın 300 milyon əhalisinin kifayət qədər Pfizer və Moderna peyvəndi ilə təmin edildiyini və gündə 3 milyondan çox insanın peyvənd alacağını deyir.

Johnson & Johnson-un tətbiqinin dayandırılmasının vaksinasiya ilə bağlı tərəddüd edənləri qorxudacağı gözlənilir. Rəy sorğularına görə, bu, amerikalıların təxminən 20 faizini təşil edir. Bu, eyni zamanda vaksinin az təmin olunmuş icmalara çatmasını da çətinləşdirəcək, belə ki, peyvəndin dozalarının çox aşarğı temperaturda saxlanmasına ehtiyac yoxdur və bu, ABŞ-da istifadə edilən tək dozalı peyvənddir. Cons Hopkins Berman Bioetik İnstitutundan Cefri Kan: “Evsiz insanları düşünün. Hətta müəyyən qrup insanlar üçün səyyar klinikalar olsa belə, onları ikinci dəfə tapmaq çox çətin olacaq. Buna görə də tək dozalı peyvəndlər belə hallar üçün böyük bir vasitədir.”

Bu arada isə bəzi ölkələr nadir qan laxtalanması hallarına görə AstraZeneca peyvəndini ya tamamilə dayandırıb, ya da gənc insanlara tətbiq etmir. Vanderblit Universitetindən Villiam Şeffner: “J&J və AstraZeneca peyvəndləri Moderna və Pfizerdən fərqli olaraq, çox oxşar üsullarla hazırlanır. Əlbəttə, suallardan biri də budur ki, bu qan laxtalanma halları peyvəndlərlə əlaqəlidirsə, bu peyvəndlərin qan laxtalanmasına səbəb ola biləcək xüsusiyyəti nədir? Hələ bunun cavabını bilmirik, lakin bu, araşdırmaların bir hissəsidir. ”

AstraZeneca və J&J ilə əlaqəli problemlər Avropa və digər yerlərdə peyvənd tətbiqini çətinləşdirir.

Lakin Avropanın Dərman Agentliyinin icraçı direktoru Emer Kuk COVID-19-dan ölüm riskinin yan təsirlərdən daha çox olduğunda israr edir. "Peyvəndlərin COVID-lə mübarizədə bizə yardım edəcəyini başa salmağın vacib olduğunu düşünürəm və bu peyvəndlərdən istifadəni davam etməliyik."

Johnson & Johnson isə bu nadir qan laxtalanma halları ilə peyvənd arasında heç bir əlaqənin olmadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG