Accessibility links

Azadlıq Radiosunun müxbiri Türkmənistanda hücuma məruz qalıb


İnsan haqları təşkilatı Human Rights Watch Türkmənistan rəsmilərini təzyiqlərə məruz qalan media işçilərinin işinə müdaxilə etməməyə çağırıb.

Növbəti hücumlardan biri Azadlıq Radiosunun Tükrmənistan bölməsinin işçisi Soltan Açilovaya qarşı olub. Oktyabrın 25-i polis tərəfindən saxlanaraq, sorğu-sual edilən jurnalist sonradan naməlum şəxslər tərəfindən hücuma məruz qalaıb və əşyaları oğurlanıb. İnsan haqları qrupu hücumçuların ölkənin təhlükəsizlik qüvvələri işçiləri olduğunu guman edir.

67 yaşlı Açilova paytaxt Aşqabadda supermarket yaxınlığında baş verən insidenti çəkən jurnalistlər arasında olub. Jurnalist Human Rights Watch-a deyib ki, baş verənləri çəkdiyini satıcılardan biri polisə xəbər verib və polis onu axtarmağa başlayıb.

Soltan Açilova əsasən sosial məsələləri, şəhərdə su qıtlığı, ərzaq mağazalarındakı növbələri, səhiyyə problemləri kimi məsələləri işıqlandırır.

Türkmənistanın avtoritar hökuməti ölkədə media azadlığına imkan vermir. Faktiki olaraq həm çap, həm də elektron media hökumətin nəzarətindədir. İnternetə nəzarət edən dövlətxarici xəbər səhifələri də daxil edilməklə, bir çox səhifəyə daxil olmağa qadağa qoyub.

XS
SM
MD
LG