Accessibility links

Jurnalistlər etirazlar zamanı polis tərəfindən hədəf alınmamalıdır


Portland şəhərinin meri və polis idarəsinin rəisi polis zorakılığına qarşı nümayişləri işıqlandıran jurnalistlərə qarşı polis tərəfindən hədə-qorxu və kobud göstərildiyinə dair məlumatlardan sonra polisin taktikalarına yenidən baxılacağını bildirib.

"Təkcə Portlandda deyil, bütün ölkə boyu nümayişlər haqqında məlumat verən media işçiləri hədəfə alınmamalı, zərər görməməli və həbs edilməməlidir" - deyə, şəhərin meri Ted Viler və polis rəisi Çak Lovellin mətbuata ünvanladıqları açıq məktubda yazılıb.

Portland şəhərinin meri Ted Viler
Portland şəhərinin meri Ted Viler

Oregonian / Oregon Live qəzetinin məlumatına görə, onlar bu kimi hadisələrin hərtərəfli araşdırılmasını istəyib.

Qəzetin iki müxbiri daxil olmaqla, üç həftədir davam edən etirazlar zamanı Portlandda azı doqquz jurnalist döyüldüyünü, itələndiyini, üzünə bibər qazı püskürdülüyü və ya təqib edildiyini deyib.

Oxşar hallar Oreqonda və Corc Floydun Minneapolisdə polis nəzarətində ölməsindən sonra ölkə boyu irqçiliyə qarşı keçirilən nümayişlər zamanı baş verib.

Özlərini jurnalist kimi təqdim etdikləri zaman belə polis media işçilərinə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, onları döyüb və həbs edib. Bir çox hallarda bunların video görüntüləri var.

Portland Polis Bürosundan "jurnalistlərə hücum və təhdidlərə son qoyulması" müraciəti ilə onlayn petisiyaya bazar ertəsi günündən bəri 3300 imza atılıb.

Viler və Lovell mətbuata ünvanladıqları məktubda polis qanunsuzluğu ilə bağlı hər hansı araşdırmanın şəhərdə fəaliyyət göstərən Müstəqil Polisə Nəzarət Ofisi tərəfindən aparılmalı olduğunu bildirib.

ABŞ-ın Mətbuat Azadlığı İzləyicisi bu yaxınlarda polisin media işçilərini nəzarət altına alması ilə bağlı 50-dən çox oxşar hadisəni araşdırdığını bildirmişdi.

İnsan haqları qrupları və media üzrə mütəxəssislər bu həbslərin ifadə azadlığına təminat verən konstitusiyanın Birinci Düzəlişinin pozulması anlamına gəldiyini və xarici ölkələrdən mətbuat azadlığının mayakı kimi tanınan ABŞ-ın reputasiyasına zərbə vurduğunu deyib.

Etirazları işıqlandıran jurnalistlər etirazçılar kimi eyni hüquqlara malikdir, deyə Mətbuat Azadlığı üzrə Reportyorlar Komitəsinin hüquqşünası Sara Metyus bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG