Accessibility links

"Kövrək qələbə": Qlazqo COP26 Sammitində İqlim Paktı əldə edilib


Dünya liderləri Şotlandiyanın Qlazqo şəhərində iki həftəlik COP26 sammitinin başa çatması ilə əlaqədar iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini sürətləndirmək üçün şənbə günü 200-ə yaxın ölkə tərəfindən imzalanmış yeni iqlim sazişini müsbət qarşılayıblar.

Qlazqo İqlim Paktı imzalayan ölkələr qlobal istiləşməni 2015-ci ildə Paris İqlim Sammitində ilk dəfə qarşıya qoyulan hədəf olaraq sənaye dövründən əvvəlki səviyyədən 1,5 dərəcə Selsidən çox olmamaq şərtilə məhdudlaşdırmaq üçün işləri davam etdirməyi öhdələrinə götürüblər.

“Bu, 1,5 dərəcəyə nail olmaq üçün real irəliləyişdir. Bu, birlikdə əldə etdiyimiz tərəqqidir. Lakin ambisiya ilə ayaqlaşmaq üçün davamlı fəaliyyət və bunun gerçəkləşdirilməsi zərurəti onillik ərzində davam etməlidir”- deyə, COP26 prezidenti Alok Şarma saziş imzalandıqdan sonra nümayəndələrə bildirib.

Danışıqlar şənbə günü başa çatdıqda Hindistan və Çin kömür və mədən yanacaq növlərindən mərhələli şəkildə imtina etmək öhdəliyinin azaldılmasında israr ediblər. Bu, zirvə toplantısının prezidentini açıq şəkildə narahat edən həssas, lakin əhəmiyyətli dəyişiklik idi.

"Bu prosesin necə inkişaf etdiyinə görə üzr istəyirəm və çox məyusam", Şarma bildirib. “Mən həmçinin dərin məyusluğu başa düşürəm. Ancaq hesab edirəm ki, qeyd etdiyiniz kimi, bu paketi qorumağımız da çox vacibdir”, o sözlərini əlavə edib.

Hindistan, Çin və Cənubi Afrika ilə birlikdə mədən yanacaqlarından imtina edilməsinin ədalətsiz olduğunu müdafiə edib. Hindistanın elektrik istehsalının təxminən 70 faizi kömürdən asılıdır.

“İnkişaf etməkdə olan ölkələrin kömür və mədən yanacaq subsidiyalarını mərhələli şəkildə dayandırmaq barədə vədlər verə biləcəyini necə gözləmək olar? İnkişaf etməkdə olan ölkələr hələ də öz inkişaf gündəmləri və yoxsulluğun aradan qaldırılması ilə məşğul olmalıdırlar" - deyə, Hindistanın Ətraf Mühit Naziri Bhupender Yadav bildirib.

İmzalayan nümayəndələr kömür və mədən yanacaq növlərindən istifadəni “dayandırmaq” əvəzinə “mərhələli şəkildə azaltmağa” və sənaye üçün subsidiyaları azaltmağa razılaşıblar.

Zəngin ölkələr 2025-ci ilə qədər iqlim dəyişikliyinə uyğunlaşmaq və iqtisadiyyatlarını karbondan təmizləmək üçün daha yoxsul ölkələrə ödəyəcəkləri pulu ikiqat artıraraq, iqlim maliyyəsi üzrə öhdəliklərini artırmaq haqda razılığa gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG