Accessibility links

Demokrat Şurasının nümayəndələri Suriya prezidenti ilə görüşəcək


Kürdüstanın dəstəklədiyi Suriya Demokratik Şurasının nümayəndələri Suriya prezidenti ilə görüşəcək.

Bu, Suriya Demokratik Şurasının Dəməşqə ilk rəsmi səfəridir.

Alyansın verdiyi məlumata görə, Suriya Demokratik Şurasının nümayəndələri ilə ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri yerli hakimiyyət ilə danışıqlar aparmaq üçün Suriyadadır.

Suriya Demokratik Şurasının həmsədri Riyad Darar bilirib ki, nümayəndə heyyəti Dəməşqə iki gün əvvəl gəlib və kürd səlahiyyətliləri Suriyanın şimalında məskunlaşdırma ilə bağlı işlər görür.

Bəşər Əsəd, Suriya prezidenti
Bəşər Əsəd, Suriya prezidenti

Bu, Suriya Demokratik Şurasının Suriya paytaxtına ilk elan olunmuş səfəridir. Kürd səlahiyyətlilərinin Suriya prezidenti Bəşər Əsəd ilə öz bölgələrinin muxtariyyətlərini qorumaq üçün danışıqlarda maraqlı olmasını göstərir.

Görüş zamanı əsasən kürdlərin nəzarətində olan ərazilərdə xidmətlərin müzakirəsi gözlənilirdi, lakin Darar heyətin müəyyən gündəliyə malik olmadığını və danışıqların siyasi və təhlükəsizlik məsələlərini əhatə etmək üçün genişləndirəcəyini bildirib.

Suriyanın dörddə birinə nəzarət edən kürd səlahiyyətliləri, Əsədlə yeddi illik müharibə zamanı qarşıdurmalardan çəkinib və bəzən üsyançılar da daxil olmaqla, hökumət qüvvələrinin Rusiyadan və İranın köməyi ilə məhv edildikləri ümumi düşmənləri vurublar.

XS
SM
MD
LG