Accessibility links

Kürdlər ələ keçirilən İŞİD döyüşçüləri ilə bağlı tədbir görülməsinə çağırır


FILE -In this July 18, 2017 file photo, suspected Islamic State members sit inside a small room in a prison south of Mosul.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) İslam Dövləti qrupunun Suriyada saxlanılan 2 mindən çox xarici döyüşçüsü və onların ailələri il' bağlı hansı qərarlar almalı olduqlarına dair beynəlxalq ictimaiyyətin yardımına çağırır.

SDQ-nin kürd rəsmisi Amerikanın Səsinə bildirib ki, İŞİD-in ələ keçirilən xarici döyüşçüləri onlar üçün yükdür, çünki bu döyüşçülərin gəldiyi ölkələr 2014-cü ildən sonra İraq və Suriyada terror qrupuna qoşulan vətəndaşlarla bağlı hər hansı tədbir görməkdən yayınır.

"Bu beynəlxalq məsələdir və məs'lənin həlli üçün beynəlxalq tərəflərin əməkdaşlığı tətəl olunur" – deyə, SDQ-nin Xarici Əlaqələr Komitəsinin həmsədri Əbdül Kərim Ömər bildirib.

Ömər əlavə edib ki, bu məsələdən qaçınmaq və ya onun həllini təxirə salmaq düzgün deyil, çünki bu döyüşçülərin bəziləri təhlükəlidir.

Kürd rəsmilərinin çağırışı SDQ-nin bu ayın əvvəli Suriyanın şərqində Deir Əl-Zur əyalətini İŞİD döyüşçilərindən təmizləmək üçün son hərbi əməliyyat planını açıqlamasından sonraya təsadüf edib.

Ələ keçirilən döyüşçülər

İŞİD-in ələ keçirilən xarici döyüşçüləri məsələsi ilə bağlı tədbir görmək səyləri hüquqi və onların şəxsiyyətlərini təsdiqləmək məsələləri səbəbilə çətinləşir. İŞİD-in xarici üzvlərindən şəxsiyyət vəsidəqləri və pasportlarını məhv etmələrini tələb etdiyi deyilir.

SDQ-nin ələ keçirdiyi insanlar arasında döyüşçülərin həyat yoldaşları və uşaqları da var. Suriya Demokratik Qüvvələrinin rəsmiləri onların öz ölkələrinə repatriasiyasına çağırır.

Belçika vətəndaşı 23 yaşlı Kasandra Bodar Amerikanın Səsinə bildirib ki, o, “İslam Dövləti”ndə yaşamaq üçün həyat yoldaşı ilə birlikdə Suriyaya səfər edib. Həyat yoldaşı ötən il Rəqqa döyüşündə öləndən sonra o, Suriya Demokratik Qüvvələrinə təslim olub.

“Onlar məni dəfələrlə sorğu-sual edirdi və təhqiqatçılar hər dəfəməndən nə istədiyimi soruşurdu. Mən onlara öz ölkəmdə məhkəmə qarşısına çıxarılmaq istədiyimi deyirdim”, Bodar söyləyib.

SDQ rəsmilərinin Amerikanın Səsinə dediyinə görə, onlar məsələyə həll yolu tapmaq üçün bir sıra Qərb ölkələri rəsmiləri ilə danışıqları davam etdirirlər.

Bu yaxınlarda belçikalı rəsmi SQD-nin ələ keçirdiyi belçikalı döyüşçüləri müzakirə etmək üçün Suriyanın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə yerləşən Qamışlı şəhərini ziyarət edib.

“Bütün hökümətlər öz vətəndaşlarını repatriasiya etməlidir ya da bizə beynəlxalq tribunal təşkil etməyə yardım etməlidir. Biz hələ ki, heç bir yardım almamışıq”, Ömər Amerikanın Səsinə söyləyib.

SDQ 2225 xarici vətəndaşı ələ keçirdiklərini bildirir. Onlar arasında 44 müxtəlif ölkədən 516 kişi, 534 qadın və 1175 uşaq var.

ABŞ müdafiə naziri Cim Mattis
ABŞ müdafiə naziri Cim Mattis

Dilemma

Suriya və İraqda ələ keçirilən xarici İŞİD döyüşçülərinin aqibəti gəldikləri ölkələr üçün dilemma olaraq qalır. Qərb ölkələr bu məsələ ilə bağlı hansı tədbirlər görəcəklərinə dair fərqli mövqe sərgiləyir.

Fevral ayında ABŞ rəsmilərinin Romada bir sıra Avropa ölkəsi ilə xarici İŞİD döyüşçülərinin repatriasiya məsələsini müzakirə etdiyi deyilir. Bundan əlavə fevral ayında ABŞ-ın müdafiə naziri Ceyms Mattis bu məsələnin “beynəlxalq problem” kimi rəftar olunmasının vacibliyini dilə gətirib.

Son illərdə İraq və Suriyadakı döyüşlərə 120-dən çox ölkədən təxminən 40 min döyüşçünün qatıldığı təxmin edilir. Onların çoxu ölsə də, Qərb rəsmiləri minlərlə döyüşçünün qaçdığını və ya ələ keçirildiyini deyir.

XS
SM
MD
LG