Accessibility links

Kürdlər Fransanı ABŞ qoşunları çıxandan sonra Suriyada daha geniş rol oynamağa çağırır


İlham Əhməd və Riad Dərrar

Yüksək vəzifəli kürd siyasətçisi ABŞ-ın qoşunlarını Suriyadan çıxarmaq qərarından sonra cümə günü Fransanı Suriyada daha böyük rol oynamağa çağırıb. O xəbərdarlıq edib ki, ABŞ-ın bu qərarından sonra kürd döyüşçüləri İslam Dövlətinə qarşı döyüşdən geri çəkilmək məcburiyyətində qala bilərlər.

İlham Əhməd həmçinin söyləyib ki, Türkiyə hücum etdiyi təqdirdə əsas kürd hərbi dəstəsi Suriyanın şimal-şərqində həbsxanalarda saxladığı yüzlərlə İŞİD militantını artıq saxlaya bilməyəcək və nəticədə mümkündür ki, onlar Türkiyəyə, ordan da dünyanın başqa yerlərinə yollanacaqlar.

Suriya Demokratik Qüvvələri adı ilə tanınan qrupun Suriyanın şimalında nəzarət etdiyi ərazilərdəki düşərgələrdə avropalılar daxil olmaqla, müxtəlif milliyətlərdən olan yüzlərlə militant və onların ailə üzlərini həbs edib. Kürdlər onların aqibəti ilə bağlı bir qərar verməyib, çünki militantların gəldikləri ölkələr onları geri istəmir və kürdlərin idarə etdiyi məhkəmələri də tanımır.

“Biz qorxuruq ki, hər şey nəzarətdən çıxacaq və biz artıq ərazidəki militantların qarşısını ala bilməyəcəyik. Bu isə onların yenidən yayılmasına və Türkiyə sərhədinə, ordan da bütün dünyaya doğru hərəkət etməsinə gətirib çıxaracaq” – deyə, Əhməd bildirib. O, ABŞ-ın ordusunu Suriyadan çıxarmaq planı və Türkiyənin Suriyanın şimal-şərqində kürdlərə qarşı hərbi əmliyyat aparmaq hədələri ilə bağlı Parisdə keçirilən danışıqlarda iştirak edən nümayəndələr heyətində olub.

Nümayəndə heyəti Fransa prezidenti Emmanuel Makronun Suriyada üzrə nümayəndəsi Fransua Senemandla görüşüb.

Əhməd deyib ki, Fransa NATO üzvü olaraq Türkiyəninin kürdlərə hücum etməsinin qarşısını almaq kimi mənəvi öhdəliyi var.

Onun sözləri prezident Donald Trampın 2 min qounu Suriyadan çıxarmaq qərarından sonra kürd qüvvələri arasında təşviş və ümidsizliyin yarandığını əks etdirir.

XS
SM
MD
LG