Accessibility links

Kabildə partlayış - 60-dan çox ölü


Əfqanıstanın paytaxtı Kabildəki qız məktəbi yaxınlığında baş verən güclü bomba partlayışı nəticəsində ölənlərin sayı 60-dan çoxdur. 100-dən çox yaralı var.

Partlayış şəhərin şiə müsəlmanların çoxluq təşkil etdiyi Dəşt-e-Barçı bölgəsində baş verib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian qurbanların əsasən gənc tələbələr olduğunu bildirib.

Şahidlər hökumətin təhlükəsizliyi təmin etməməsindən qəzəblənən bölgə sakinlərinin təcili yardım maşınlarına hücum etdiklərini deyib.

Partlayışa yerə basdırılmış cihazın səbəb olduğu və ya kamikadze tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Taliban qrupunun sözçüsü Əfqanıstanın mülki vətəndaşlarına qarşı hücumu qınadığını və hadisə ilə heç bir əlaqəsi olmadığını deyib.

BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarric hücumu dəhşətli adlandıraraq qınayıb.

“Bu dəhşətli cinayətə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir” - deyə o bildirib.

Birləşmiş Millətlər Təşkilatının Kabbildəki ofisi hücumu "vəhşilik" adlandırıb.

XS
SM
MD
LG