Accessibility links

Kabildə intiharçı hücumu


Kabildə intiharçı hücumu 57 nəfərin ölümünə səbəb olub. Hadisə Əfqanıstanın paytaxtında seçici vəsiqələrinin paylandığı mərkəzdə baş verib. Nəticədə 100-dən adam xəsarət alıb.

Mən bu qorxaqcasına törədilən hücuma məruz qalanlarla bərabərəm.Ədalətli və şəffaf seçki səylərimizi davam etdirəcəyik

Daxili İşlər Nazlirliyinin sözçüsü Nəcib Daniş Amerikanın Səsinə bildirib ki, insanlar təzkirə, yəni səsvermə vəsiqəsi almaq üçün növbədə dayanarkən intirharçı bədəninə sarımış bombanı işə salıb.

Xəstəxana işçiləri yaralananların 10-nun vəziyyətinin kritik olduunu bildirib.

Əfqanıstanın baş icraçısı Abdulla Abdulla hücumu terror aksiyası adlandırıb.

“Mən bu qorxaqcasına törədilən hücuma məruz qalanlarla bərabərəm.Ədalətli və şəffaf seçki səylərimizi davam etdirəcəyik. Terrorçular əfqan xalqının iradəsinə zidd ola bilməyəcək” , Abdulla rəsmi Twitter hesabında yazıb.

Prezident Əşrəf Qani seçicilərin qeydiyyat prosesini ötən həftədən başladıb. Oktyabrın 20-də keçiriləcək parlament və vilayət seçkilərinə Müstəqil Seçki Komissiyası nəzərət edəcək. Əfqanıstanda ilk dəfə rəsmi seçici siyahısı ilə seçkilər keçiriləcək.

Bu arada Əfqanıstan rəsmiləri Baqlan vilayətində bomba hücumu nəticəsində 6 nəfərin həyatını itirdiyini təsdiq edib.

Vilayət polisinin spzçüsü Zabihullah Şucah Amerikanın Səsinə bildirib ki, hadisə yol kənarına yerləşdirilmiş bombanın işə düşməsi ilə baş verib.

Hücumun məsuliyyətini İslam Dövləti üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG