Accessibility links

Kabildə seçki məntəqəsinə hücum


Policemen inspect an area after a bomb explosion near a polling station in Kabul, Afghanistan, Oct. 20, 2018.

Polis şənbə günü Kabilin şimalında seçki məntəqəsində intiharçı hücumu nəticəsində azı ön nəfərin öldüyünü, çox sayda insanın yaralandığını bildirib. Partlayış Əfqanıstanda parlament seçkiləri keçirilən gün baş verib.

Biz hədələrdən qorxmuruq, çünki ölkəmizi bərpa etmək istəyirik. Bu gün biz çox sayda hədələrlə üzləşdik, amma yenə də səs verməyə gəldik
Kabil sakini Fəridə

Talibandan gələn çox sayda təhdidlərə baxmayaraq, Əfqanıstan boyu seçicilər seçki məntəqələrinə üz tutur. Şənbə səhər initharçı hücumdan sonra Taliban bütün seçki məntəqələrinə hücum edəcəyini söyləmişdi.

Kabildə isə seçicilər müqavimət göstəriblər.

"Biz hədələrdən qorxmuruq, çünki ölkəmizi bərpa etmək istəyirik. Bu gün biz çox sayda hədələrlə üzləşdik, amma yenə də səs verməyə gəldik"- deyə, Kabildə Fəridə adlı qadın seçici bildirib.

Ölkənin digər hissələrində rəsmilər gördükləri tədbirlərin təhlükəsziliyindən əmin görünürdü.

“Bütün təhlükəsizlik tədbirləri görülüb. Biz təhlükəsizlik qüvvələri ilə yaxşı koordinasiya olmuşuq”, Kunduz vilayətinin Müstəqil Seçki Komissiyasının sədri Rəsul Ömər bildirib. Lakin rəsmi deyib ki, Taliban vilayətdə azı bir seçki məntəqəsindən seçki materialları oğurlayıb, yerli müxbirlər isə vliayətib müxtəlif yerlərində raket hücumlarının olduğu barədə məlumat verib.

Səhər saat 7-də açılması gözlənilən məntəqələr ölkənin bəzi yerlərində gec açılıb və bu, 7-dən öncə növbəyə dayanan seçiciləri qəzəbləndirib.

Kabildə seçki məntəqəsinə hücumda yaralanan insanlar
Kabildə seçki məntəqəsinə hücumda yaralanan insanlar

“Mən tələsirdim. Saat 7-də gəldim, amma saat 7:30-da onlar hələ səsverməyə başlamamışdı. Proses çox qeyri-mütəşəkkil idi”, Kabildə qadın seçici Sahilə bildirib.

Seçki mövsümü boyu bir çox siyasi partiya saxtarkarlıq ittihamları irəli sürüb, bundan əlavə isə bir sıra zorakılıqlar baş verib. Seçkidən iki gün öncə Qəndaharda baş verən hücumda nüfuzlu komandir general Əbdül Raziq öldürülüb. Bu səbəbdən də, vilayətdəki seçkilər bir həftə təxirə salınıb.

May ayında nominasiya prosesi başlayandan bəri on digər namizəd və onların onlarla tərəfdaşları da ölkə boyu müxtəlif hücumlarda öldürülüb.

XS
SM
MD
LG