Accessibility links

Kabildə diplomatik zonada partlayış törədilib


Əfqanıstan paytaxtında intiharçının diplokatik zonada törətdiyi bomba hücumu nəticəsində azı səkkiz nəfər ölüb. Səhiyyə rəsmilərinin verdiyi məlumata görə, çox sayda insan yaralanıb.

Hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti qrupu götürüb.

Bomba hücumu son həftələr törədilmiş silsilə hücumlardan sonra ABŞ səfirliyi yaxınlığında təhlükəsizliyin gücləndirildiyi ərazidə baş verib.

Bu ayın əvvəli Kabildə Əfqanıstanın hərbi akademiyası yaxınlığında intiharçının üzərindəki partlayıcıları işə salması nəticəsində törədilmiş partlayış zamanı 15 kadet həlak olmuş, çox sayda kadet yaralanmışdı. Bomba hücumuna görə məsuliyyəti öz üzərinə Taliban qüvvələri götürmüşdü.

Eyni həftə intiharçı bomba hücumçusunun Kabildə şiə məscidə hücumu zamanı isə 50 dindar həyatını itirmişdi. Hücuma görə məsuliyyəti öz üzərinə İŞİD götürmüşdü.

XS
SM
MD
LG