Bu gün Əfqanıstanın paytaxtındakı qonaq evində bir neçə saat davam edən və xarici vətəndaşlar da olmaqla, 14 mülki vətəndaşın ölümünə səbəb olan hücumun məsuliyyətini Taliban üzərinə götürüb.
Kabil Baş Polis İdarəsinin rəisi Əbdül Rəhmanın dediyinə görə, silahlılar xaricilərin ziyafət keçirdikləri Park Palas mehmanxanasına hücuma çərşənbə günü axşam başlamış, 5 saat sonra isə polisin 3 silahlını öldürməsindən sonra başa çatmışdır.
Birləşmiş Ştatlar səfirliyi ölənlər arasında bir Amerika vətəndaşının, Hindistan rəsmiləri isə dörd hindistanlının olduğunu bildirib.
Talibanın bəyanatda deyilir ki, hədəf amerikalılar olub.