Accessibility links

Kabildəki xarici bazaya intiharçı hücumu olub


Kabildə intiharçının xarici bazada həyata keçirdiyi bomba hücumu azı 4 nəfər xarici vətəndaşın ölümünə, 6 nəfərin isə yaralanmasına səbəb olub.

Əfqan polisi motosikletdə olan intiharçının narkotiklərə qarşı mübarizə idarəsi və xairic təhlükəsizlik şirkətinin yerləşdiyi Camp Gibson bazası yaxınlığında üzərindəki partlayıcı maddələri partlatdığını bildirib.

Hadisənin baş verdiyi yerin yaxınlığında olan Kabil sakini Əhməd Zia hadisənin səhər tezdən baş verdiyini, insan cəsədlərinin ətrafa səpələndiyini deyib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban hadisənin xarici kəşfiyyat bazasında baş verdiyini, nəticədə 15 hərbçinin öldürüldüyünü və ətrafdakı çox sayda avtomobilin xəsarət aldığını bildirib. Hadisə nəticəsində ölən şəxslərin milliyəti məlum deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG