Accessibility links

Mixail Kalaşnikovun oğlu vəfat edib


K-47 avtomatının ixtiraçısının oğlu 75 yaşında dünyasını dəyişib.

Viktor Kalaşnikov martın 27-də vəfat edib. Məlumatı martın 28-də Rusiyanın Udmurtiya regionunda yerləşən İjevsk Dövlət Texniki Universiteti elan edib, amma ölümün səbəbləri açıqlanmayıb.

Viktor Kalaşnikov atası Mixail Kalaşnikovla birlikdə illərlə bu universitetdə işləyib. Ak-47 avtomatının əfsanəvi dizayneri olan atası 2013-cü ilin dekabrında 94 yaşında dünyasını dəyişib.

Mixail Kalaşnikovun ölümündən sonra Rusiya mediası onun Rusiya Pravoslav Kilsəsinin başçısına məktubu dərc edib. O, məktubunda ixtira etdiyi silahla öldürülənlərə görə məsuliyyət hiss etdiyini yazıb.

Sentyabrda Moskvada Mixail Kalaşnikovun abidəsi açılıb.

Hazırda dünyada 100 milyon AK-47 avtomat silahının olduğu bildirilir.

XS
SM
MD
LG