Kaliforniya ştatının Yosemite milli parkının yaxınlığı da daxil olmaqla Birləşmiş Ştatların qərbində güclü yanğınlar tikintiləri dağıdaraq minlərlə insanı evlərini tərk etməyə vadar edib.
Yanğınsöndürənlərdən ibarət qruplar Kalifroniya ştatında alovla mübarizə aparır. Bazar günü bu ərazidə alovun 101 kvadrat kilometrə qədər çatdığı deyilir.
Kaliforniya ştatının qubernatoru Cerri Braun fövqəladə vəziyyət elan edərək, ştatın alovla mübarizə resurslarını gücləndirib.
O deyib ki, güclü alov davam edir. Yanğının səbəbi hələ ki, araşdırılır.